Cümə 19.04.2024

“Səbail”lə vidalaşan futbolçu 28 yaşında futboldan getdi - FOTO

“Səbail”lə vidalaşan futbolçu 28 yaşında futboldan getdi - FOTO

“Səbail” klubu ilə yollarını ayıran Eltun Yaqublu futbolçu karyerasını başa vurub. 28 yaşlı müdafiəçi bu barədə "Instagram" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağa qərar verib. Futbolçu “Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Eltun karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt" klublarının da formasını geyinib. O, 2018/19 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

“Səbail”lə vidalaşan futbolçu 28 yaşında futboldan getdi - FOTO
“Səbail”lə vidalaşan futbolçu 28 yaşında futboldan getdi - FOTO