Cümə 19.04.2024

"Qarabağ"dan ardıcıl 5-ci qələbə

"Qarabağ"dan ardıcıl 5-ci qələbə

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Turun son oyununda lider "Qarabağ" "Zirə"nin qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra 15-ci xalını qazanan "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Zirə" isə 7 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "Keşlə" ilə (0:0), "Qəbələ" "Səbail"lə heç-heçə (1:1) edib. "Sumqayıt" isə "Sabah"ı minimal hesabla üstələyib - 1:0.

Azərbaycan Premyer Liqası

V tur

23 sentyabr

“Zirə” – “Qarabağ” - 1:3

Qollar: X.S.Rodriqes, 88 - M.Qeye, 12. X.Romero, 41. A.Papazoqlu, 44 (avtoqol)

Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov.