news-details
Xəbərlər

"Qarabağ" kolumbiyalı müdafiəçinin transferini rəsmiləşdirdi

Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" heyətini gücləndirməyə davam edir. Ağdam təmsilçisi Portuqaliyanın "Şaveş" klubunun mərkəz müdafiəçisi Kevin Medinanı heyətinə qatıb. Klubun yaydığı məlumata görə, futbolçuyla 3 illik müqavilə imzalanıb.

Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından "Şaveş"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovense", "Sintrense", "Moura" və "Naval"ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

Yeni transfer keçidi haqda öz fikirlərini klubun mətbuat xidmətinə açıqlamasında bildirib: "Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, "Qarabağ" barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm.

Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, "Qarabağ" ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim".

Digər xəbərlər