news-details
Xəbərlər

“Zirə”də daha 4 yeni futbolçu

"Zirə” heyətini yeni futbolçularla gücləndirib. Paytaxt klubu bu gün daha dörd futbolçu ilə müqavilə bağlayıb.

Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalanıb.

“Zirə” daha öncə Sərtan Taşkın, Kərim Diniyev, Rəşad Eyubov və Klesio Baukla müqavilə imzalandığını açıqlamışdı.

Digər xəbərlər