Şənbə 20.04.2024

"Qarabağ" Araz Abdullayevlə vidalaşdı

"Qarabağ" Araz Abdullayevlə vidalaşdı

"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırıb. Klubun feysbuk hesabının yaydığı məlumata görə, müqavilə müddəti başa çatan Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb.

Ağdam t\msilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Qarabağ" 28 yaşlı yarımmüdafiəçini 2018-ci ildə Yunanıstanın “Panionis” klubundan icarəyə götürmüşdü.

"Qarabağ" daha əvvəl Nicat Mehbalıyev, Ailton Silva, Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov və Miçellə də yollarını ayırıb. Rəşad Sadıqov isə karyerasını başa vurub və "Zirə"nin baş məşqçisi olub.