news-details
Xəbərlər

"Səbail"də 5 müqavilə

“Səbail” daha 5 futbolçu ilə bağlı qərarını verib. Klubun feysbuk hesabının verdiyi xəbərə görə, Bakı təmsilçisi Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz və Elçin Rəhimlinin müqaviləni yeniləyib.

Onlar 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcəklər.

"Səbail" Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli "Neftçi"yə, Ruslan Hacıyev isə "Qarabağ"a qayıdıb.

Digər xəbərlər