Cümə 26.04.2024

"Sabah" daha bir futbolçu ilə vidalaşdı

"Sabah" daha bir futbolçu ilə vidalaşdı

“Sabah” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Paytaxt təmsilçisinin rəsmi saytı xəbər verir ki, klub Elgün Nəbiyevlə vidalaşıb.

24 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Sabah" daha öncə Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Rəşad Eyubov, Məqsəd İsayev və Vadim Abdullayevlə yollarını ayırıb.

İstefaya göndərilən baş məşqçi Jelko Sopiçi Visente Qomes əvəzləyib.