"Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib.
Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır.
Daha öncə komandanın başına “Leypsiq”in baş məşqçisi Ralf Raqnikin gətiriləcəyi deyilsə də, rəhbərlik bu variantdan imtina edib.