Cümə axşamı 18.04.2024

Renat Dadaşovun İngiltərə klubuna keçidi reallaşmadı

Renat Dadaşovun İngiltərə klubuna keçidi reallaşmadı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun “Birminqem Siti” klubuna keçidi alınmayıb. "Daily Mail" nəşrinin verdiyi xəbərə görə, komanda ”Vulverhempton”la razılığa gələ bilməyib.

Birminqem təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Tərəflər arasında danışıqlar olsa da, klublar ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, Çempionşipin digər təmsilçisi "Koventri" də Renat Dadaşovla maraqlanır.

Hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki əsas komandada debüt etməyib.