Cümə 29.03.2024

Nikola Yurçeviç və Maksim Medvedev “The Best” mükafatı üçün kimlərə səs verdilər?

Nikola Yurçeviç və Maksim Medvedev “The Best” mükafatı üçün kimlərə səs verdilər?

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib. Səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedev, qadınlardan ibarət yığmaya rəhbərlik edən Siyasət Əsgərovla Sevinc Cəfərova, eləcə də jurnalist Rasim Mövsümov iştirak ediblər.

Ən yaxşı kişi baş məşqçi:

Nikola Yurçeviç: Yurgen Klopp, Xosep Qvardiola, Maurisio Poççetino

Maksim Medvedev: Didye Deşam, Yurgen Klopp, Camel Belmadi

Rasim Mövsümov: Yurgen Klopp, Erik Ten Haq, Camel Belmadi

Ən yaxşı kişi futbolçu:

Nikola Yurçeviç: Kriştianu Ronaldu, Lionel Messi, Məhəmməd Salah

Maksim Medvedev: Vircil Van Deyk, Məhəmməd Salah, Matteys de Liqt

Rasim Mövsümov: Vircil Van Deyk, Sadio Mane, Məhəmməd Salah

Ən yaxşı qadın baş məşqçi:

Siyasət Əsgərov: Sarina Viqman, Jill Ellis, Peter Qerxardsson

Sevinc Cəfərova: Jill Ellis, Sarina Viqman, Fil Nevill

Ən yaxşı qadın futbolçu

Siyasət Əsgərov: Meqan Rapino, Aleks Morqan, Vendi Renar

Sevinc Cəfərova: Meqan Rapino, Ellen Uayt, Aleks Morqan

Qeyd edək ki, ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (“Barselona”, İspaniya), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (“Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub.