Cümə axşamı 25.04.2024

"Yuventus"un çempionluğu növbəti tura qaldı - VİDEO

"Yuventus"un çempionluğu növbəti tura qaldı - VİDEO

İtaliya A Seriyasında 35-ci tura yekun vurulub. Turnir cədvəlinin lideri “Yuventus” səfərdə “Udineze” komandasının qonağı olub.

Qələbə qazanacağı halda çempionluğu rəsmiləşdirmək şansına malik olan Turin təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. Oyunda hesabı 42-ci dəqiqədə "Yuventus"dan Mateas De Liqt açıb.

İkinci hissənin əvvəlində meydan sahibləri hesaba tarazlıq gətirib. İlija Nestorovski fərqlənib. Oyunda son nöqtəni də "Udineze" qoyub. Seko Fofana adını tabloya yazdırıb.

Bu qələbə sayəsində “Udineze” xal ehtiyatını 39-a çatdıraraq turnir cədvəlində 15-ci yerə yüksəlib. “Yuventus” isə 80 xalla birinci yerdədir.

Günün digər matçında “Latsio” evdə “Kalyari”dən üstün olub.