news-details
Xəbərlər

"Neftçi"dən növbəti legioner transferi - VİDEO

"Neftçi” növbəti transferini rəsmiləşdirib. Klubun saytının verdiyi xəbərə görə, bBraziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi.

Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandaya qayıdıb.

Digər xəbərlər