Fransa kubokunun final qarşılaşması keçirilib. Həlledici oyunda koronavirus pandemiyası səbəbindən yarımçıq yekunlaşdırılan Liqa 1-in qalibi PSJ ilə “Sent-Etyen” qarşılaşıb.
"Stad de Frans"da təşkil olunmuş qarşılaşma Paris komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Neymar vurub.
Beləliklə, rekord sayda - 13-cü dəfə Fransa Kubokunu qazanan PSJ "qızıl dubl" edib. Bu baxımdan rekordçu olan parisliləri 10 kuboku olan Marsel “Olimpik”i izləyir.