Cümə 29.03.2024

“Yuventus”dan ardıcıl 9-cu çempionluq! - VİDEO

“Yuventus”dan ardıcıl 9-cu çempionluq! - VİDEO

İtaliya A Seriyasında XXXVI turun son oyunu keçirilib. Turindəki "Alyans Stedium"da "Yuventus" "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olub.

"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Sarri 61 yaş 198 günlüyündə bu nailiyyətə imza atıb.

"Sampdoriya" hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub.