Şənbə 18.05.2024

Azərbaycan gimnastı final mərhələsində

Azərbaycan gimnastı final mərhələsində

İdman gimnastikası üzrə Dünya kubokunun ilk yarış gününə yekun vurulub.

İtaliyanın Rimini şəhərində təşkil olunan turnirdə Azərbaycan idmançıları da mübarizə aparırlar.

Nikita Simonov halqalar hərəkətdə uğurla çıxış edib və 14,633 xalla 8-ci olub. O, bu göstərici ilə final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Dünya kuboku aprelin 28-dək davam edəcək.