Şənbə 20.04.2024

"Real Madrid"in futbolçusu koronavirusa yoluxub

"Real Madrid"in futbolçusu koronavirusa yoluxub

"Real Madrid" klubunun hücumçusu Mariano Diasdan götürülən koronavirus testinin nəticəsi müsbət çıxıb.

Klubun saytının verdiyi xəbərə görə, məşqlərdən kənarlaşdırılan dominikanlı hücumçu ev şəraitində müalicə alır və özünü yaxşı hiss edir.

27 yaşlı forvard bu səbəbdən komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" (İngiltərə) ilə cavab oyununun hazırlıqlarından kənarda qalacaq.

Qeyd edək ki, Madriddə keçirilən ilk qarşılaşmada ingilislər 2:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 7-də Mançesterdə olacaq.