Cümə 29.03.2024

"Qəbələ" və "Zirə" AFFA-dan yardım istədi

"Qəbələ" və "Zirə" AFFA-dan yardım istədi

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

İyulun 30-dakı tədbir videokonfrans formatında təşkil olunacaq. İclasın gündəliyinə daxil olunan yeganə məsələ “Qəbələ” və “Zirə” klublarının müraciətidir.

Hər iki klub Azərbaycan Premyer Liqasının 2020/21-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı müraciət ünvanlayıb.