Çərşənbə 24.04.2024

“Yuventus” uduzdu, “Milan”la “Roma” qalib gəldi - VİDEO

“Yuventus” uduzdu, “Milan”la “Roma” qalib gəldi - VİDEO

İtaliya A Seriyasında XXXVII tura yekun vurulub. Çempionluğu hələ ötən tur təmin etmiş "Yuventus" "Kalyari" ilə səfər matçında məğlubiyyətlə üzləşib - 0:2.

"Latsio" evdə "Breşiya"nı 2 cavabsız qolla üstələyib. "Milan" səfərdə "Sampdoriya"nı darmadağın edərək, xalını 63-ə çatdırsa da, 6-cı yerlə kifayətlənib. 5-ci yeri isə səfərdə "Torino"ya 3:2 hesabı ilə qalib gələn "Roma"nın tutacağı dəqiqləşib. Hazırda paytaxt təmsilçisinin 67 xalı var.

Gümüş medallar uğrunda mübarizə 3 klub arasında son turadək davam edəcək. Bu komandalardan "Atalanta" ilə "İnter" mövsümün son turunda bir-biri ilə üz-üzə gələcək. "Latsio" isə "Napoli"nin qonağı olacaq. Hazırda "İnter" 79 xalla 2-ci pillədə yer alıbsa, "Atalanta" ilə "Latsio" hərəyə 78 xalla 3-4-cü yerləri bölüşürlər.

İtaliya A Seriyası, 37-ci tur

29 iyul

"Latsio" – "Breşiya" - 2:0
Qollar: Korrea, 17. İmmobile, 82.

"Sampdoriya" – "Milan" - 1:4
Qollar: Askildsen, 87 – İbrahimoviç, 4; 58. H.Çalhanoğlu, 52. Leao, 90+2.

"Sassuolo" – "Cenoa" - 5:0
Qollar: Traore, 26. Berardi, 40. Kaputo, 66; 77. Raspadori, 74.

"Udineze" – "Leççe" - 1:2
Qollar: Samir, 36 – Mankosu, 40-pen. Lapadula, 81.

"Verona" – SPAL - 3:0
Qollar: Di Karmine, 7; 11. Faraoni, 47.

"Kalyari" – "Yuventus" - 2:0
Qollar: Qalyano, 8. Simeone, 45+2.

"Fiorentina" – "Bolonya" - 4:0
Qollar: Kyeza, 48; 54; 89. Milenkoviç, 74.

"Torino" – "Roma" - 2:3
Qollar: Berenger, 14. Sinqo, 66 – Dzeko, 15. Smollinq, 23. Diavara, 61-pen.