news-details
Xəbərlər

La Liqadan millimizin yeni baş məşqçisinə təbrik - FOTO

İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə italiyalı mütəxəssisə təbrik ünvanlanıb.

AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarını çalışdırıb.

Canni De Byazi ötən gün AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Digər xəbərlər