Cümə 29.03.2024

"Qarabağ"da ciddi problem

"Qarabağ"da ciddi problem

Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən "Zirə" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.

Məlumata görə, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.