• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

UEFA Avropa Liqası bərpa olunur

Koronavirus pandemiyası səbəbindən martda yarımçıq dayanadırılmış UEFA Avropa Liqası bu gün bərpa olunacaq. İlk oyun günündə 4 matç keçiriləcək.

4 cütlükdən 3-ü cavab matçlarına çıxacaq. "Başakşəhər" evdə 1:0 qalib gəldiyi "Kopenhagen"lə Danimarkada üz-üzə gələcək. Donetsk "Şaxtyor"u Almaniyada məğlub etdiyi "Volfsburq"la bu dəfə Ukraynada qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:55-də start götürəcək görüşlərdən biri "CBC Sport"la, digəri kanalın saytı vasitəsilə canlı yayımlanacaq.

Gecənin digər matçında "Mançester Yunayted" İngiltərədə Avstriya təmsilçisi LASK-ı qəbul edəcək. 1/8 final mərhələsinin "İnter" - "Xetafe" matçı isə neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərində olacaq. Bu komandalar arasındakı ilk oyun baş tutmadığından, qalib 1 görüşlə müəyyənləşəcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək görüşlərdən biri "CBC Sport"la, digəri kanalın saytı vasitəsilə canlı yayımlanacaq.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

5 avqust

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) - (CBC Sport)
İlk oyun - 0:1

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) - (Cbcsport.tv)
İlk oyun - 2:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) - (Cbcsport.tv)
İlk oyun - 5:0

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) - (CBC Sport)
İlk oyun keçirilməyib

Digər xəbərlər