Cümə axşamı 28.03.2024

Bu gecə Avropa Liqasında daha 4 1/4 finalçı müəyyənləşəcək

Bu gecə Avropa Liqasında daha 4 1/4 finalçı müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. İkinci oyun günündə daha 4 qarşılaşma keçiriləcək.

İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salındığından, hazırkı görüş Almaniyada keçiriləcək və həlledici olacaq. Şotlandiyada "Reyncers"i 3:1 hesabı ilə məğlub etmiş "Bayer" rəqibi ilə Almaniyada üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:55-də start götürəcək görüşlərdən biri "CBC Sport"la, digəri kanalın saytı (http://www.cbcsport.az/live) vasitəsilə canlı yayımlanacaq.

Frankfurtda "Ayntraxt"ın qapısından 3 cavabsız top keçirmiş "Bazel" rəqibini İsveçrədə qəbul edəcək. Gecənin digər oyununda isə "Vulverhempton" evdə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək görüşlərdən biri "CBC Sport"la, digəri kanalın saytı vasitəsilə canlı yayımlanacaq.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

6 avqust

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) - (Cbcsport.tv)
İlk oyun - 3:1

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - (CBC Sport)
İlk oyun keçirilməyib

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Almaniya) - (Cbcsport.tv)
İlk oyun - 3:0

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - (CBC Sport)
İlk oyun - 1:1.