Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. İkinci oyun günündə də 4 qarşılaşma keçirilib.
Şotlandiyada “Reyncers”i 3:1 hesabı ilə məğlub etmiş “Bayer” bu üstünlüyü Almaniyadakı oyunda da qoruyaraq növbəti mərhələyə yüksəlib.
“Sevilya” ilə “Roma” arasında ilk oyun pandemiya səbəbindən təxirə salındığından tərəflər cütün qalibini neytral meydanda – Almaniyada tək oyunda müəyyənləşdirib. İspaniya təmsilçisi 1/4 finala adlayıb.
Frankfurtda “Ayntraxt”ın qapısından 3 cavabsız top keçirmiş “Bazel” rəqibini İsveçrədə də məğlub edib.
Gecənin digər oyununda isə “Vulverhempton” Yunanıstan “Olimpiakos”unu qəbul edib. Minimal hesabla üstün olan İngiltərə təmsilçisi mərhələ adlayıb.
Avropa Liqası
1/8 finalın cavab oyunları
6 avqust
“Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya) - 1:0
Qol: Dyabi, 51.
İlk oyun – 3:1
“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 2:0
Qollar: Reqilon, 22. En Nesiri, 44.
İlk oyun keçirilməyib
“Bazel” (İsveçrə) – “Ayntraxt” (Almaniya) - 1:0
Qol: Frey, 88.
İlk oyun – 3:0
“Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 1:0
Qol: R.Ximenes, 9-pen.
İlk oyun – 1:1.
UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandaların adları müəyyənləşib:
"Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Bazel" (İsveçrə)
"İnter" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
Oyunlar 10-11 avqustda Almaniyanın 4 müxtəlif şəhərində təşkil olunacaq.