news-details
Xəbərlər

"Real" və "Yuventus" Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü qaldığı yerdən davam edib.

1/8 finalın ilk qarşılaşmasında Fransada “Lion”a 0:1 hesabı ilə uduzan “Yuventus” İtaliyada bunun əvəzini çıxmağa çalışıb. Üç qolun qeydə alındığı matç məhz turinlilərin qələbəsiylə yekunlaşıb. Ancaq ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

Gecənin digər qarşılaşmasında İspaniya "Real Madrid"i ilə İngiltərə təmsilçisi "Mançester Siti" üz-üzə gəlib. Madrid səfərində 2:1 hesablı qələbəyə sevinən "şəhərlilər" üstünlüklərini qorumaq niyyətində idirlər. Bu oyunda da üç qol qeydə alınıb və meydan sahibləri sevinən tərəf olub. Yekun nəticədə "Real" mübarizəni dayandırıb, "Mançester Siti" isə növbəti mərhələyə vəsiqə əldə edib.

Bu gün isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) oyunları keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

7 avqust

"Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:1
Qollar: Sterlinq, 9. Q.Jezuş, 68 – Benzema, 28.
İlk oyun - 2:1

Digər xəbərlər