news-details
Xəbərlər

"Sumqayıt"dan növbəti transfer

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

"Gənclik şəhəri" təmsilçisi Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Karam Sultanovun keçidini həll edib.

24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, K.Sultanov ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" və "Kaspi" klublarının formasını geyinib.

"Sumqayıt" yay fasiləsində daha öncə Tellur Mütəllimov və Elvin Məmmədovu heyətinə cəlb edib.

Digər xəbərlər