news-details
Xəbərlər

"Yuventus" Sarrini istefaya göndərdi

"Yuventus" baş məşqçi Mauritsio Sarrini istefaya göndərib. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

"Qoca Sinyora" Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"u tərəfindən mübarizədən kənarlaşdırılıb.

Sarri "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Napoli"yə uduzub.

Digər xəbərlər