Şənbə 20.04.2024

Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi

Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sonuncu oyun günündə “Barselona” İspaniyada “Napoli”ni qəbul edib. İlk oyunda İtaliyada rəqibi ilə 1:1 bərabərə qalan “Barselona” evdə inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib.

Günün digər oyununda “Bayern Münhen” ilə “Çelsi” qarşılaşıb. Londonda keçirilən ilk matçda Münhen klubu 3:0 qalib gəlmişdi. Bu dəfə də darmadağına sevinən Almaniya nəhəngi adını 1/4-ə yazdırıb.

UEFA Çempionlar Liqası

1/8 finalın cavab oyunları

8 avqust

"Barselona" (İspaniya) – "Napoli" (İtaliya) - 3:1
Qollar: Lanqle, 10. Messi, 23. Suares, 45+1-pen – İnsinye, 45+5-pen.
İlk oyun – 1:1

"Bayern Münhen" (Almaniya) – "Çelsi" (İngiltərə) - 4:1
Qollar: Levandovski, 10; 84. Perişiç, 24. Tolisso, 76 – Abraham, 44.
İlk oyun – 3:0

Beləliklə, 1/4 finalda qarşılaşacaqlar:

12 avqust: "Atalanta" (İtaliya) - PSJ (Fransa)
13 avqust: "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)
14 avqust: "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
15 avqust: "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

Oyunlar "8-lər finalı" formatında Portuqaliyada keçiriləcək.