Cümə 19.04.2024

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb. UEFA püşkatma ərəfəsində 34 iştirakçını 5 qrupa ayırmışdı.

Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer almışdı. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biri idi. İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Ağdam klubu “Sileks”lə rəqib olub.

Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək. Meydan sahibi olacaq komanda püşk vasitəsilə müəyyənləşib. “Qarabağ” ilk mərhələdə ev sahibi olacaq.

UEFA Çempionlar Liqası

2020/21 mövsümü

1-ci təsnifat mərhələsi

1-ci qrup

“Ferensvaroş” (Macarıstan) - “Yurqorden” (İsveç)
“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya)
“Legiya” (Polşa) - İlkin mərhələnin qalibi

2-ci qrup

“Şerif” (Moldova) - “Fola” (Lüksemburq)
“Konnah Kuey” (Uels) - “Sarayevo” (Bosniya Herseqovina)
“Srvena Zvezda” (Serbiya) - “Europa” (Cəbəllütariq)

3-cü qrup

“Buduçnost” (Monteneqro) - “Ludoqorets” (Bolqarıstan)
“Ararat” (Ermənistan) - “Omoniya” (Kipr)
“Floriana” (Malta) - ÇFR (Rumıniya)

4-cü qrup

“Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya)
“Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya)
“Dinamo” (Tbilisi, Gürcüstan) - “Tirana” (Albaniya)
“Dinamo” (Brest, Belarus) - “Astana” (Qazaxıstan)

5-ci qrup

“Molde” (Norveç) - “KuPS” (Finlandiya)
“Flora” (Estoniya) - “Suduva” (Litva)
“Çelye” (Sloveniya) - “Dandolk” (İrlandiya)
“Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya)