Şənbə 30.03.2024

Avropa Liqası: Bu gecə ilk yarımfinalçılar müəyyənləşir

Avropa Liqası: Bu gecə ilk yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Almaniyanın müxtəlif şəhərlərində təşkil olunacaq matçların taleyini bir duel həll edəcək.

İlk görüş günündə iki qarşılaşma oynanılacaq. İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. Matç "CBC Sport"la canlı yayımlanacaq. İtaliya "İnter"i isə Dusseldorfda "Bayer"lə (Leverkuzen) münasibətlərə aydınlıq gələcək. Bu görüş isə kanalımızın saytı ilə ( http://www.cbcsport.az/live) canlı yayımlanacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də keçiriləcək. "Vulverhempton" "Sevilya" ilə, "Şaxtyor" "Bazel" ilə qarşılaşacaq.

Avropa Liqası

1/4 final mərhələsi

10 avqust

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)