Cümə axşamı 25.04.2024

“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli oldu

“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensil rəqibləri bəlli olub.

Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, II təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mərhələ adlasa, “Şerif” (Tiraspol, Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq.