Şənbə 27.04.2024

"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşdi

"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibləri bəlli olub.

"Neftçi" Şimali Makedoniyanın "Şkupi, "Keşlə" Albaniyanın "Laçi” komandası ilə qarşılaşacaq. "Sumqayıt" isə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək. Təmsilçilərimiz oyunları doğma meydanda keçirəcəklər.

Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri avqustun 27-də keçiriləcək və bir matçdan ibarət olacaq.