Cümə 26.04.2024

“İnter” və “Mançester Yunayted” yarımfinalda

“İnter” və “Mançester Yunayted” yarımfinalda

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

İngiltərənin “Mançester Yunayted” komandası Kölndə Danimarka “Kopenhagen”i ilə üz-üzə gəlib və çətin qələbə sayəsində mərhələ adlayıb. İtaliya “İnter”i isə Dusseldorfda Almaniya “Bayer”ini 2:1 üstələyib.

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq.

Avropa Liqası

1/4 final

10 avqust

“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: B.Fernandeş, 94-pen.

“İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) - 2:1
Qollar: Barella, 15. Lukaku, 21 – Haverts, 24.