Şənbə 20.04.2024

Bu gecə Avropa Liqasında daha 2 yarımfinalçı müəyyənləşəcək

Bu gecə Avropa Liqasında daha 2 yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək.

Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da "Vulverhempton" "Sevilya" ilə üz-üzə gələcək. Bu matç "CBC Sport"la canlı yayımlanacaq.

Gelzenkirxendəki "AufŞalke Arena"da isə "Şaxtyor" "Bazel"lə qarşılaşacaq. Bu görüş isə kanalımızın saytı ilə ( http://www.cbcsport.az/live) canlı yayımlanacaq.

Avropa Liqası, 1/4 final

11 avqust

23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə)