Cümə axşamı 18.04.2024

Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə Ukrayna “Şaxtyor”u “Bazel”i 4:1 üstələyib, “Sevilya” isə son dəqiqələrdə vurduğu yeganə qol sayəsində “Vulverhempton”a qalib gəlib.

Beləliklə, yarımfinalda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Bu görüş avqustun 16-da keçiriləcək. Bir gün sonra isə “İnter”lə “Şaxtyor” qarşılaşacaq.

Avropa Liqası

1/4 final

11 avqust

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Bazel" (İsveçrə) - 4:1
Qollar: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.

"Vulverhempton" (İngiltərə) – "Sevilya" (İspaniya) - 0:1
Qol: Okampos, 88.