news-details
Xəbərlər

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı - VİDEO

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimi təşkil edilib. Klub və KİV nümayəndələri üçün qapalı olan tədbir “CBC Sport” kanalı ilə canlı yayımlanıb.

Tədbirin əvvəlində Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib. Yeni loqo 4 elementin vəhdətidir:

1. Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2. Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3. Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4. Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Ötən mövsüm olduğu kimi, çempionat 8 komandanın iştirakı ilə keçiriləcək. Püşkatmada yeni mövsümün ilk turunda qarşılaşacaq komandalar müəyyənləşib.

2020/2021 mövsümü

I tur

"Qarabağ" - "Sabah"

"Neftçi" - "Səbail"

"Sumqayıt" - "Keşlə"

"Qəbələ" - "Zirə"

Qeyd edək ki, yeni mövsümə avqustun 21-də start veriləcək.

Digər xəbərlər