Cümə axşamı 25.04.2024

"Qarabağ" - "Sileks" matçının hakimləri bilindi

"Qarabağ" - "Sileks" matçının hakimləri bilindi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub.

Matç Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək.

Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq.