Şənbə 20.04.2024

"Keşlə" yeni transferini açıqladı

"Keşlə" yeni transferini açıqladı

“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib. Paytaxt klubu Kamal Baramovla anlaşıb.

Məlumata görə, 34 yaşlı futbolçu ilə mövsüm sonuna qədər müqavilə bağlanıb. 2019-20 mövsümünü “Səbail”də çıxış edən Kamal “dənizçilər”in heyətində 11 oyunda iştirak edib.

Qeyd edək ki, paytaxt klubu daha öncə Tural Axundov ("Neftçi"), Şəhriyar Əliyev ("Sumqayıt"), Cavid İmamverdiyev ("Sabah"), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Dmitri Klots ("Karpatı", Ukrayna), Silvio Rodrigez Perreyra Juniorla (“Vlajniya”, Albaniya) anlaşıb.