news-details
Xəbərlər

"Bayern Münhen" "Barselona" səddini 8 qolla aşdı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda "Barselona" və "Bayern Münhen" komandaları üz-üzə gəlib.

10 qolun qeydə alındığı matçda "Barselona" biabırçı hesabla məğlub olub. Nəticədə Bundesliqa klubu yarımfinala yüksəlib.

Qeyd edək ki, "Bayern Münhen" yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

1/4 final

13 avqust

“Barselona” (İspaniya) – “Bayern Münhen” (Almaniya) - 2:8
Qollar: Alaba, 7 (avtoqol) L.Suares, 57 – Müller, 4; 31. Perişiç, 22. Qnabri, 28. Kimmix, 63. Levandovski, 82. Koutinyo, 85; 89.
Baş hakim: Damir Skomina
Portuqaliya, Lissabon. “Eştadiu da Luş” stadionu

Digər xəbərlər