Cümə 19.04.2024

"Lion" "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəldi

"Lion" "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəldi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu yarımfinalçının adına “Mançester Siti” - “Lion” matçında aydınlıq gəlib.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda keçirilən görüş İngiltərə təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb. Fransa klubu 3:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Beləliklə, ÇL-in yarımfinalında "Bayern Münhen" "Lion"la, PSJ "Leypsiq"lə üz-üzə gələcək.

Çempionlar Liqası, 1/4 final

13 avqust

"Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:3
Qollar: Kevin De Brüyne, 69 - Maksvel Korne, 24. Mussa Dembele, 79. 87
Baş hakim: Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu