news-details
Xəbərlər

"Real Madrid"lə Xorvatiya millisi arasında Modriç mübahisəsi

“Real Madrid” klubu Luka Modriçin AVRO-2020-nin seçmə mərhələ oyunları üçün Xorvatiya yığmasına dəvət almasından narazıdır.

İspaniya mətbuatı yazır ki, La Liqa təmsilçisi sentyabrın 9-da Bakıda Azərbaycan millisi ilə görüşdə zədələnən təcrübəli yarımmüdafiəçinin tam bərpa olunmasını istəyir. Ulduz futbolçu "Real"da kollektivlə birlikdə məşqlərə başlayıb.

Madridlilər zədəsini tam sağaltmayan kapitanın təkrar xəsarət almasından ehtiyatlanır. Ona görə də Modriçin yığmanın baş məşqçisi Zlatko Daliçdən icazə almasını istəyirlər. Bundan əlavə, baş məşqçi Zinəddin Zidan bunun qarşısının alınması üçün rəhbərliyə təlimat verib.

Qeyd edək ki, Xorvatiya yığması oktyabrın 10-da Macarıstanla evdə, 3 gün sonra isə Uelslə səfərdə qarşılaşacaq. Xorvatlar hazırda 10 xalla E qrupunda liderdir.

Digər xəbərlər