news-details
Xəbərlər

“Keşlə” braziliyalı futbolçu transfer etdi

“Keşlə” növbəti transferini reallaşdırıb. Paytaxt klubu braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Son iki mövsümü Ukraynanın “Vorskla” klubunda keçirən Batista, 29 oyunda 3 məhsuldar ötürməyə imza atıb.

Digər xəbərlər