Şənbə 20.04.2024

“Keşlə”nin yeni baş məşqçisi Yunis Hüseynov oldu

“Keşlə”nin yeni baş məşqçisi Yunis Hüseynov oldu

Bu gün “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib.

Klubun mətbuat xidmətinin verdiyi xəbərə görə, müşavirənin sonunda Yunis Hüseynovun paytaxt təmsilçisinin yeni baş məşqçisi təyin olunması qərara alınıb.

Müşahidə Şurasının üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.

Yunis Hüseynov baş məşqçi postunda bir müddət əvvəl istefaya göndərilən Tərlan Əhmədovu əvəzləyib.