news-details
Xəbərlər

Avropa Liqasında ilk finalçı "Sevilya" oldu

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. İndiyədək turnirin ən çox - 5 dəfə qalibi olmuş İspaniya “Sevilya”sı finala vəsiqə uğrunda İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşıb.

Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüşdə 3 qol qeydə alınıb. Əzmkar qələbəyə sevinən İspaniya təmsilçisi isə ilk finalçı olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu bu gün İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u arasında olacaq.

Avropa Liqası

Yarımfinal

16 avqust

“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
Qollar: Suso, 26. De Yonq, 78 – B.Fernandes, 9-pen.
Almaniya, Köln. “Reyn Energi” stadionu.

Digər xəbərlər