Cümə 19.04.2024

Qurban Qurbanov: "Bir oyundan həmişə ehtiyatlanmışam"

Qurban Qurbanov: "Bir oyundan həmişə ehtiyatlanmışam"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyanın "Sileks" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransı keçirib. Təcrübəli çalışdırıcı öncə bunları dilə gətirib:

"İnanmıram ki, oyunçularda arxayınlıq olsun. Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə oynamışıq. Sabah azarkeşsiz oynamağımız “Sileks”in üstünlüyüdür. Diqqətli və məsuliyyətli olmalıyıq. Problemlərə yol verməməliyik".

48 yaşlı mütəxəssis bildirib ki, rəqibin çempionatda son iki oyununu izləyiblər: "Burada necə oyun göstərəcəklərini bilmirik. Topla oynamağı sevmələri bizə çətinlik yarada bilər. Rəqibin sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. İndividual cəhətdən yaxşı oyunçuları var. Ot örtüyündə problemlər var. Bizdə belə problemlər olur. İşçilər çalışırlar oyuna qədər tam hazır etsinlər".