Cümə 19.04.2024

“İnter” darmadağınla finalda!

“İnter” darmadağınla finalda!

Avropa Liqasında növbəti yarımfinal görüşü keçirilib. Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u (Donetsk) qarşılaşıb.

Rəqibini darmadağın edən “İnter” ikinci finalçı olub.

Qeyd edək ki, Milan təmsilçisi finalda İspaniya “Sevilya”sı ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu üstələyib – 2:1.

Həlledici qarşılaşma avqustun 21-də Kölndə təşkil ediləcək.

Avropa Liqası

Yarımfinal

17 avqust

İnter – Şaxtyor - 5:0
Qollar: L.Martines, 19; 74. D`Ambrozio, 64. Lukaku, 78; 84.