Cümə 19.04.2024

“Qarabağ” darmadağınla mərhələ adladı

“Qarabağ” darmadağınla mərhələ adladı

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. Azərbaycan çempionu "Qarabağ" Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb və "CBC Sport"la canlı yayımlanıb. Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb.

"Qarabağ" Çempionlar Liqasında ardıcıl 7-ci mövsümdür çıxış edir. "Sileks" isə Şimali Makedoniya çempionu "Vardar"ın lisenziyadan keçməməsi səbəbindən gümüş medalçı kimi yarışa qatılır.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

18 avqust

"Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) - 4:0

Qollar: X.Romero, 11. D.Gerye, 40; 51. M.Emreli, 80.
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.