Çərşənbə axşamı 16.04.2024

Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün yarımfinal mərhələsinə start verilib.

1/4 finalda Madrid “Atletiko”sunu mübarizədən kənarlaşdıran “Leypsiq” bu mərhələdə PSJ ilə qarşılaşıb. "Eştadiu Da Luj" stadionunda keçirilən görüşdə rəqibini darmadağın edən Paris təmsilçisi ilk finalçı olub.

Yarımfinalın digər matçında bu gün Almaniya nəhəngi “Bayern Münhen” ilə Fransa təmsilçisi "Lion" üz-üzə gələcək.

Final matçı isə avqustun 23-də olacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal

18 avqust

Leypsiq (Almaniya) – PSJ (Fransa) - 0:3
Qollar: Markinyos, 13. Di Maria, 42. Bernat, 56.