Cümə axşamı 28.03.2024

Çempionlar Liqasında finalçılar bəlli oldu

Çempionlar Liqasında finalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İkinci finalçının adına "Lion" - "Bayern Münhen" matçında aydınlıq gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio Joze Alvalade” stadionunda keçirilən oyun almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bayern Münhen" finalda PSJ ilə qarşılaşacaq. Paris təmsilçisi yarımfinalda Almaniya “Leypsiq”ini darmadağın edib – 3:0. Həlledici oyun avqustun 23-də keçiriləcək və "CBC Sport"la canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal

19 avqust

“Lion” – “Bayern Münhen” - 0:3
Qollar: Qnabri, 18; 33. Levandovski, 88.
Portuqaliya, Lissabon. “Eştadiu Joze Alvalade” stadionu