Cümə axşamı 28.03.2024

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlandı

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlandı

İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb. Son çempion "Liverpul" ilk turda "Lids Yunayted"i qəbul edəcək.

I turdakı "Bernli" - "Mançester Yunayted" və "Mançester Siti - "Aston Villa" matçlarının vaxtları dəqiqləşdirilməyib. Buna səbəb Mançester təmsilçilərinin avrokubok oyunlarının gec bitirməsidir. İki komanda arasındakı derbi matçları dekabrın 12-də və martın 6-da olacaq.

"Everton" və "Liverpul" arasındakı Mersisayd derbiləri 17 oktyabr və 20 fevrala təyin edilib.

İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.