Cümə 29.03.2024

“Keşlə” və “Neftçi” yeni mövsümə qələbəylə başladı

“Keşlə” və “Neftçi” yeni mövsümə qələbəylə başladı

Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib. Bununla da ölkə çempionatındakı 165 günlük fasilə başa çatıb. I turun görüşləri üç günü əhatə edib. İlk oyun gündə iki qarşılaşma keçirilib. Turun bütün görüşləri "CBC Sport"la canlı yayımlanıb.

29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçirilib. Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gəliblər. Qonaqlar minimalhesablı qələbə qazanıblar.

Günün ikinci oyunu Avroliqadakı digər təmsilçimiz “Neftçi” ilə “Səbail” arasında təşkil edilib. Üç qolun qeydə alındığı matçda qələbəni "ağ-qaralar" bayram ediblər.

Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion "Qarabağ" "Sabah"la görüşəcək. Tura avqustun 23-də "Qəbələ" - "Zirə" dueli ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

I tur

21 avqust (cümə)

“Sumqayıt” – “Keşlə” - 0:1
Qol: A.Salahlı, 90+4
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: Elgiz Abbasov
Hakim-inspektor: İmanxan Sultani
"Kapital Bank Arena"

“Neftçi” – “Səbail” - 2:1
Qollar: N.Ələsgərov, 16; 66 - P.Keşavarz, 79.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Babək Quliyev
"Bakcell Arena"